Polkovnik: Meyitlər ailələrinə çatdırılsa, Ermənistanda partlayış yaranarbackend

Polkovnik: Meyitlər ailələrinə çatdırılsa, Ermənistanda partlayış yaranar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilər hazırda öz itkiləri barədə düzgün məlumat alsalar, cəmiyyət ayağa qalxar və heç olmasa, ermənilərin qalan heyəti ölümdən qurtarar”.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, bu gün Azərbaycanda olan müasir texnika və silahlar düşməni çox böyük itkilərə məruz qoyur: “Baxmayaraq ki, düşmən 30 ildir o istiqamətdə müdafiə qurur, ancaq Azərbaycan ordusunun zərbələrinə davam gətirməyərək geri çəkilməyə məcburdurlar. Artıq Azərbaycan ordusunun irəliləməsi, yaşayış məntəqələrinin azad edilməsi, yüksəkliklərin götürülməsi haqqında məlumatlar alırıq.

Təbii ki, texnika və digər sursatın məhv edilməsi şəxsi heyətin də məhv edilməsi deməkdir. Əgər bir tank məhv olursa, onun içində ən azı üç-dörd nəfər də məhv olur, əgər bir artilleriya qurğusu məhv edilirsə, onun ətrafında heyəti də məhv edilir, əgər yük maşını məhv edilirsə onun içində olan şəxsi heyəti, ən azı sürücüsü məhv edilir. Düşmənin texnika itkilərinin sayına görə bu qənaətə gəlmək olar ki, onların canlı itkisi çoxdur. O itkilərin bir hissəsi daha çox Azərbaycan ordusunun irəlilədiyi məntəqələrdə qalır.

Ermənistanda sosial şəbəkə istifadəçiləri Azərbaycana qarşı müharibəyə zorla göndərilmiş və itkin düşdüyü bildirilən yaxınlarının, qohumlarının fotolarını yayırlar. Bununla da işğal edilmiş ərazilərdə ordumuza qarşı döyüşlərdə Ermənistanın, onun hərbi qüvvələrinin iştirak etməsi bir daha təsdiq edilir. Bilirsiniz ki, Azərbaycan Prezidenti də deyib ki, əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun bizim torpaqlardan. Son zamanlarda gələn bəzi məlumatlara görə, erməni ordusunda 4 mindən artıq fərari var. Deyəsən, cənab prezidentin verdiyi xəbərdarlıq bunlara indi çatıb”.

Ş.Ramaldanov döyüş meydanında qalan meyitlərin erməni tərəfinə qaytarılmasının gərəkliliyindən də danışıb: “Əgər meyitlər erməni ailələrinə çatdırılsa, Ermənistanda partlayış yarada bilər. Çünki Paşinyanın cəmiyyətdə elə bir nüfuzu yoxdur. Onlar bilirlər ki, Azərbaycan güclü orduya malikdir, sarsıdıcı imkanlara sahibdir. Ermənilər cəbhədə itkilərinin çox olduğunu bilirlər.

Əlbəttə, erməni tərəfi bunu da nəzərə alaraq muzdlulara, terror qruplarına, PKK-ya üz tutub müəyyən bir şəkildə onların Qarabağda yerləşdirilməsi ilə məşğul oldu. Artıq məlumat var ki, muzdlu əsgərlərin arasında da narazılıqlar artıb, döyüşdən boyun qaçanlar var. Düşünürəm ki, bunlar hamısı – Azərbaycan Ordusunun gücü, professionallığı və düşmənin itkiləri Ermənistandakı sağlam cəmiyyəti öz etiraz mövqeyini bildirməyə və heç olmasa qalan gəncləri bu bəladan qurtarmağa sövq edər. Çünki artıq bəllidir ki, Azərbaycan ordusu irəliləyir. İrəlilədikcə də, erməni tərəfinin itkisi davam edəcək və artacaq”.