Polkovnik: Ordumuzun uğurlu əməliyyatları davam edirbackend

Polkovnik: Ordumuzun uğurlu əməliyyatları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin başçılığı altında zəfər yürüşümüz davam edir və uğurlarımız var.

NOCOMMENT trend-ə istinadən xəbər verir ki, bunu işğaldan azad olunmuş Cəbrayıl rayonunda jurnalistlərə açıqlamasında polkovnik Elşad Əbilov deyib.

O bildirib ki, uğurlarımız davam etməkdədir və son nəticədə Azərbaycan Ordusu işğalda olan bütün torpaqlarımızı azad edəcək: “Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəsi pozmaqda davam edir, şəhər və kəndlərimiz dəfələrlə atəşə məruz qalıb, mülkü vətəndaşlarımız həlak olub. Azərbaycan Ordusu humanitar atəşkəs qaydalarına ciddi riayət edir, Ermənistanın heç bir şəhər və kəndinə, mülki əhaslisinə atəş açmır.

Azərbaycan sentyabrın 27-də Ermənistan təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başlayıb. Artıq bir neçə yaşayış məntəqəsi erməni işğalından azad edilib. Uğurlu əməliyyatlar davam edir. Azərbaycan Ordusunda yüksək nizam intizam və ruh yüksəkliyi var. Əsgər və zabitlərimiz torpaqları işğaldan azad etmək üçün canından, qanından keçməyə hazırdır. Bunu düşmən yaxşı bilir. Döyüşlər davam edir. Uğurlarımız var, belə də davam edəcək”.