Polkovnikdən ETİRAZ: Əli qana batmış erməniləri xəritələrə görə qaytarmaq…backend

Polkovnikdən ETİRAZ: Əli qana batmış erməniləri xəritələrə görə qaytarmaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Torpaqlarımızın erməni işğalından azad edilməsindən doqquz aydan çox vaxt keçməsinə baxmayaraq, Qarabağ və ətraf ərazilərin böyük qismi hələ də minalardan təmizlənməyib. Buna səbəb isə aidiyyəti qurumların zəif fəaliyyət göstərməsi yox, mənfur düşmənin minaları ərazilərimizə duz kimi səpməsi və mina xəritələrini Azərbaycana verməməsidir. Doğrudur, cari ilin iyun ayında Ağdam rayonu üzrə 97, iyul ayında isə Zəngilan və Füzuli üzrə 92 min tank və piyada əleyhinə minaları özündə əks etdirən xəritələri Ermənistandan aldıq. Lakin bir neçə gün əvvəl ölkə başçısı onların doğruluq payının sadəcə 25 faiz olduğunu açıqladı.

NOCOMMENT xəbər verir ki, mövcud durumu yenisabah-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov ilk əvvəl Azərbaycanın diversantları, cinayət törədən erməniləri xəritəyə dəyişməməsindən söz açıb: “Ümumiyyətlə, terorrçularla danışıqlara girmirik. Prezident də bildirmişdi ki, saxlanılan 70 nəfərdən çox erməninin məhz cinayət işləyib-işləmədiyinin aşkarlanması üçün istintaq gedəcək və onun nəticəsində cinayət törətməyənləri geri qaytaracağıq. Yəni erməni hərbçilərinin cinayət törətmədiyi aşkarlananda biz xəritələrin Azərbaycana verilib-verilməməsindən asılı olmayaraq onları qaytarırıq. Sadəcə seçkilər zamanı ermənilər bundan özləri üçün PR düzəltdilər. İstədilər ki, bir güllə ilə iki dovşan vursunlar. Guya həm xəritələri verdilər, həm də a bizə təzyiq göstərib diversant aldılar. Birinci yalanla beynəlxalq ictimaiyyətin qarşısında üzü ağ oldular, ikinci ilə də daxildə divident qazandılar. Ancaq realda xəritə qarşılığında hər hansısa diversant verilməyib.

Hətta Azərbaycan xəritələr veriləndən sonra cinayət törədən erməniləri cinayət məsuliyyətinə cəlb elədi. Yəni bu prosesin xəritələrə heç bir aidiyyəti yoxdur. Əli qana batmış erməniləri xəritələrə görə Ermənistana qaytarmaq bizə xas olan xüsusiyyət deyil, sadəcə ermənilər bunu belə qələmə veriblər”.

Xəritələrin dəqiqliyinin cəmi 25 faiz olduğuna gəldikdə isə hərbi ekspert diqqətə çatdırıb ki, belə bir halın yaşanması ermənilərlə bundan sonra xəritə ilə bağlı danışıqlara getməyi sual altına atıb: “Xəritələr ilk dəfə veriləndə bu haqda rəsmi məlumat vardı ki, biz o xəritələri incələməli və reallığı nə dərəcədə əks etdirdiyinə baxmalıyıq. Əlimizdə olan xəritələrin doğruluq payının 25 faiz olmasının bir neçə səbəbi ola bilər. Məsələn, ehtimal var ki, Ermənistanda bu sahədə peşəkarlıq çox aşağı səviyyədədir və o xəritələri işləyən vəzifəli şəxslərin qandığı budur. Onları alandan sonra Azərbaycan başa düşdü ki, ermənilərin verdiyi xəritələrə güvənmək olmaz. Ona görə də prinsip cəhətdən hazırda həmin xəritələr elə də böyük rol oynamır. Hətta bundan sonra ermənilərlə xəritə barədə danışıqlara getməyin özü də sual altındadır. Əgər danışıqlar olsa belə, düşünürəm ki, birinci növbədə onların faydalılığı qiymətləndirilməli, sonra hansısa addımlar atılmalıdır. Ancaq təkrar qeyd edim ki, hansı danışıqlar getsə də, cinayət törədən erməniləri biz heç nəyə dəyişməyəcəyik. Ümumiyyətlə, son vaxtlar xəritə söhbəti leksikonumuzda sıxlıqla işlənmir.

Mənə elə gəlir ki, xəritə sonradan Ottava Konvensiyasında olan müddəalara görə beynəlxalq qurumlar tərəfindən ortaya qoyulan bir məsələydi. Onun əsasında digər xəritələr də Azərbaycana verildi və bu, yenə ermənisayaq atılan addımdı”.