Polşa Aİ-na sədrliyinin prioritetlərini açıqlayıbbackend

Polşa Aİ-na sədrliyinin prioritetlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prezidenti Andjey Duda ölkəsinin 2025-ci ildə Avropa İttifaqına (Aİ) sədrliyi zamanı əsas diqqəti Avro-Atlantik birliyin möhkəmləndirilməsinə yönəldəcəyini bildirib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda danışıb.

“Bu dövr üçün müəyyən etdiyimiz ən yüksək prioritet vəzifələrdən biri Avro-Atlantik birliyin möhkəmləndirilməsidir”,- deyə Duda bildirib.

Onun sözlərinə görə, Avropa ilə ABŞ arasında iqtisadi sahədə sıx əlaqələr pandemiya zamanı öz effektivliyini göstərib. Polşa prezidenti vurğulayıb ki, Avro-Atlantik birlik Qərbin təhlükəsizliyi üçün fundamental əhəmiyyət kəsb edir.

Bundan əlavə, o, sədrliyi dövründə yeni ölkələrin Avropa İttifaqına qəbulu, eləcə də enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ölkənin prioritetlərini açıqlayıb.

Samir