Polşa Aİ-nin miqrasiya sazişinə “yox” deyəcəkbackend

Polşa Aİ-nin miqrasiya sazişinə “yox” deyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Polyaklar olaraq bunu edək, səsimiz bütün Avropada eşidiləcək”

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş nazir Mateusz Morawiecki deyib.

Baş Nazir qeyd edib ki, “Gələn həftə Aİ Şurasının iclasına gedəcəyəm və orada açıq şəkildə “yox” deyərək qeyri-qanuni immiqrasiyaya vetomu qoruyacağam. Polşanın səsi daha güclü ola bilər və olmalıdır. Oktyabrın 15-də qeyri-qanuni immiqrasiyaya və qeyri-qanuni mühacirlərin məcburi köçkünlüyünə yox deyə bilərik”.

Təhlükəsizliyin ən mühüm dəyər olduğunu bildirən Morawiecki hakim Hüquq və Ədalət Partiyasının bu təhlükəsizliyin təminatçısı olduğunu qeyd edib.

Baş nazir Morawiecki müxalifət lideri, keçmiş baş nazir Donald Tusku da hədəf alaraq, “Tusk təhlükəli insandır və biz ona qarşı Polşanı müdafiə etməliyik” deyə qeyd edib.