Polşa Aİ səviyyəsində Ukrayna üçün “nəqliyyat vizasızlığı”nı müzakirə edəcəkbackend

Polşa Aİ səviyyəsində Ukrayna üçün “nəqliyyat vizasızlığı”nı müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Polşa Ukraynanın Aİ-na nəqliyyat daşımalarının liberallaşdırılması məsələsini Avropa İttifaqı Nəqliyyat Şurasının iclasının gündəliyinə daxil etmək niyyətindədir. Bu barədə Polşa hökumətinə istinadən Interfax məlumat yayıb.

  • “Avropa İttifaqının Nəqliyyat Şurasının iclasına böyük ümidlər bəsləyirik. Aİ nəqliyyat sənayesinin səsi eşidilməlidir”, – Polşanın Nəqliyyat İşəgötürənlərinin Müdafiəsi Komitəsinin rəhbəri Valdemar Yaşur bildirib.

O, həmçinin bildirib ki, Polşa dövləti Ukraynadan Polşaya daxil olan yük maşınlarına nəzarəti gücləndirərsə, Polşa daşıyıcıları etiraz formasının yumşaldılması imkanını nəzərdən keçirməyə hazırdır.