Polşa: “Aİ-yə üzvlük məsələsi Ukrayna üçün həyati əhəmiyyət kəsb etmir”backend

Polşa: “Aİ-yə üzvlük məsələsi Ukrayna üçün həyati əhəmiyyət kəsb etmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Aİ-yə daxil olması Kiyev üçün “olmaq və ya olmamaq” ekzistensial məsələsi deyil, ona görə də Polşa Volın qətliamı ilə bağlı Ukraynanın Avropa İttifaqına inteqrasiyası şərtlərini qüvvədə qoyacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış Interia-ya müsahibəsində bildirib.

“Aİ-yə daxil olmaq Ukrayna üçün “olmaq və ya olmamaq” deyil, bu, inkişaf, daha yüksək ÜDM artımı üçün bir fürsətdir, bu, onların şansıdır”, – nazir qeyd edib.

Kosiniak-Kamışın sözlərinə görə, Polşa 1943-cü il Volın qırğını ilə əlaqəli olan Kiyevin Aİ-yə daxil olması üçün özünün “etik-tarixi” şərtində israr etməkdə davam etmək niyyətindədir.

Bundan əvvəl Bloomberg yazıb ki, Polşa Ukrayna lideri Vladimir Zelenskinin Kiyevin AB-yə sürətlə daxil olması ilə bağlı sözlərindən ehtiyatlanır.

Qeyd olunub ki, Aİ-yə üzvlük siyasi səviyyədə danışıqların predmeti ola bilərsə, o zaman 1943-cü ildə Ukrayna millətçiləri tərəfindən Volın qırğını məsələsi “tarixçilər arasında müzakirələr çərçivəsindən kənara çıxır”.