Polşa Almaniya və Litva ilə sərhədlərində müvəqqəti sərhəd nəzarəti tətbiq edəcəkbackend

Polşa Almaniya və Litva ilə sərhədlərində müvəqqəti sərhəd nəzarəti tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa hakimiyyəti Almaniya və Litva ilə sərhədlərdə müvəqqəti sərhəd nəzarəti tətbiq edir.

NOCOMMENT.az bildirir ki, bu barədə respublikanın baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasından əvvəl bildirib.

“Biz Polşa-Almaniya sərhədində və Polşa-Litva sərhədində müvəqqəti sərhəd nəzarətini bərpa etmək qərarına gəldik”, – Tusk çıxışı TVP Info tərəfindən yayımlanarkən deyib. Baş nazir əlavə edib ki, Daxili İşlər Nazirliyi tərəfindən hazırlanacaq müvafiq əsasnamə iyulun 7-dən qüvvəyə minəcək.