Polşa Belarus və Rusiya ilə sərhədi möhkəmləndirmək üçün 2,6 milyard dollar xərcləyəcəkbackend

Polşa Belarus və Rusiya ilə sərhədi möhkəmləndirmək üçün 2,6 milyard dollar xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Baş naziri Donald Tusk Polşanın Rusiya və Belarusla sərhədlərini möhkəmləndirmək məqsədilə nəzərdə tutulan “Şərq Qalxanı” üçün 10 milyard zlotı (2,6 milyard dollar) ayrıldığını açıqlayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

“Biz istəyirik ki, sərhədimiz sülh dövründə təhlükəsiz, müharibə vaxtı keçilməz olsun”, – Baş nazir qeyd edib.

Tuskun sözlərinə görə, hökumət artıq layihənin hazırlanmasına başlayıb.

“Şərq qalxanı” adlanan plana Polşanın quru sərhədinin 400 km-lik hissəsində yeni istehkamların, hasarların salınması, relyefin formasının dəyişdirilməsi və xüsusi meşə əkilməsi daxildir. Tədbirlər Polşanı qeyri-qanuni miqrasiyadan və mümkün hərbi işğaldan qorumaq üçün nəzərdə tutulub.