Polşa Belarusla sərhəddə elektron hasar çəkəcəkbackend

Polşa Belarusla sərhəddə elektron hasar çəkəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Lyublin Voyevodalığında, Polşa-Belarus sərhədinin su hissəsində elektron hasarın tikintisi davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər və administrasiya naziri Tomaş Simonyak bildirib.

Polşa Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, ölkə sərhədinin təhlükəsizliyini təmin etmək üçün bu son dərəcə mühüm vasitə iyulun 20-dək tam hazır olacaq.

Hasarın tərkibinə kameraları olan 1,8 minə yaxın dirək, 4,5 min gecə-gündüz və termal görüntülü müşahidə kameraları, habelə obyektlərin müxtəlif fiziki xüsusiyyətlərini aşkar edən xüsusi sensorlar daxildir.