Polşa Belarusla sərhəddəki əsgərlərinin sayını 10 minə çatdıracaqbackend

Polşa Belarus sərhədindəki hərbçilərin sayını 10 minə çatdıracaq 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Belarus sərhədindəki hərbçilərin sayını təxminən 10 minə çatdırılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.

Sərhəddəki əsgər sayının artırılacağını vurğulayan Blaşçak, “Təxminən 10 min əsgər olacaq. Onlardan 4 mini sərhədçilərə dəstək verəcək, qalan 6 mini isə hazır vəziyyətdə olacaq. Bu əsgərlər öz qüvvələrini inkişaf etdirəcəklər”, – deyib.

Xatırladaq ki, hazırda Polşa-Belarus sərhədində 2000-ə yaxın Polşa əsgəri, həmçinin yüzlərlə polis və sərhədçi yerləşdirilib.