Polşa Belarusla sərhəddəki hasarı möhkəmləndirir – SƏBƏBbackend

Polşa Belarusla sərhəddəki hasarı möhkəmləndirir – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir. Sərhəddə 2022-ci ildə tikilən hasar üçün 370 milyon dollardan çox vəsait ayrılacaq”.

NOCOMMENT.az xəbər verir ki, bunu ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçik deyib. Bildirib ki, mühəndislər layihə üzərində işləyirlər.

Belə ki, modernləşdirmədən sonra maneə keçilməz hala gələcək. Halbuki ilkin formada bu, yalnız müvəqqəti həll idi. Divar qeyri-qanuni miqrantlardan qorunmaq üçündür.

Hündürlüyü 5,5 metr və uzunluğu 186 kilometr olan polad qəfəs bloklarından ibarətdir. Tikinti dəyəri 278 milyon dollardır.