Polşa-Belarus sərhədi qeyri-müəyyən müddətə bağlanacaq; tədbir Zapad-2025 təlimlərinin tarixləri ilə bağlı deyil.
NOCOMMENT.az bildirir ki, bu barədə Polşanın daxili işlər naziri Marçin Kervinski TOK.FM radiosunun efirində bildirib.
“Vurğulamaq istəyirəm ki, bu, Zapad-2025 təlimləri müddətində [sərhədin] müvəqqəti bağlanması deyil. Sərhəd qeyri-müəyyən müddətə bağlıdır və yalnız vəziyyət tam təhlükəsizliyi təmin etdikdə açılacaq”, – o deyib.