Polşa: Biz Avropanın ən güclü ordusunu quracağıqbackend

Polşa: Biz Avropanın ən güclü ordusunu quracağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın baş naziri Mateuş Moravetski Avropanın ən güclü ordusunu qurmaq üçün Amerika müdafiə sənayesi ilə əməkdaşlıq etmək istədiklərini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris rəsmi danışıqlar üçün Vaşinqtonda səfərdə olan Polşanın baş naziri Mateuş Moravetskii ilə Ağ Evdə birgə mətbuat konfransı keçirib.

“Polşa dəyərli müttəfiq, tərəfdaş və dostdur. Bizim Polşa ilə ortaq prioritetlərə və dəyərlərə əsaslanan davamlı əlaqələrimiz var” – deyə Harris qeyd edib.

Varşava və Vaşinqtonun Qərb sivilizasiyasının iki qütbü olduğunu ifadə edən Mateuş Moravetski onların dünyanın bir çox yerində birgə işləməli olduqlarını vurğulayıb.

Ukraynaya verilən dəstəyin əhəmiyyətinə toxunan Moravetski Ukrayna müharibəsi ilə bağlı ölkəsində olduğu kimi ABŞ-da da artan inflyasiya və enerji qiymətlərinə də diqqət çəkib.

NOCOMMENT.AZ