Polşa döyüş helikopterləri Belarusla SƏRHƏDDƏbackend

Polşa döyüş helikopterləri Belarusla SƏRHƏDDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa döyüş helikopterinin pilotları Belarusla sərhəddə fövqəladə hallar zamanı tərəddüd etmədən silahlarından istifadə etməyə hazırdırlar.

NOCOMMENT.az TVP İnfo- ya istinadən xəbər verir ki, bu barədə Polşa ordusunun generalı Marek Sokolovski bildirib .

Onun sözlərinə görə, çərşənbə günü, avqustun 2-də Belarus helikopterlərinin Polşa sərhədini pozmasından sonra Quru Qoşunlarının 1-ci Aviasiya Briqadası və 25-ci Hava Süvari Briqadasının helikopterləri yenidən qruplaşdırılıb.

Sokolovski dəqiqləşdirib ki, müdafiə naziri Mariuş Blaşçakın əmrinə əsasən, vertolyotlar sərhəddə fövqəladə hadisələr zamanı dərhal reaksiya rejimində iki yerdə yerləşdiriləcək.