Polşa döyüş təyyarələrini havaya qaldırdı – Rusiyanın…backend

Polşa döyüş təyyarələrini havaya qaldırdı – Rusiyanın…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa müttəfiq ölkələri ilə birlikdə Rusiyanın Ukrayna ərazisinə hava hücumuna görə döyüş təyyarələrini havaya qaldırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatında bildirilib.

Bəyanatda təyyarələrin Polşanın hava məkanında fəaliyyətə başladığı qeyd olunub. Bunun “xüsusilə ölkənin cənub-şərq hissəsində gurultu səviyyəsinin artmasına səbəb ola biləcəyi” barədə xəbərdarlıq edilib.

Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb və Silahlı Qüvvələrin Operativ Komandanlığı vəziyyəti daim izləyir.

Xatırladaq ki, iyunun 7-də Rusiya Silahlı Qüvvələrinin növbəti kütləvi aviahücumu ilə əlaqədar Ukraynada genişmiqyaslı hava həyəcanı elan edilib. Odessada “Şahidlər”in hücumu zamanı partlayış səsləri eşidilib. Lakin mümkün fəsadlar barədə hələlik məlumat verilməyib.