Polşa hava hücumundan müdafiə sistemini hazır vəziyyətə gətiribbackend

Polşa hava hücumundan müdafiə sistemini hazır vəziyyətə gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın hazırladığı “Visla” hava və raketdən müdafiə sistemi ilkin əməliyyat qabiliyyətinə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Polskie Radio məlumat yayıb.

Qeyd olunur ki, dekabrın 19-da günorta saatlarında baş nazirin müavini və Milli Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış bu məsələ ilə bağlı hesabat qəbul edəcək. Bu, Soçaçevdəki raket bölməsinin ərazisində “Visla” sisteminin bir hissəsi olan “Patriot” buraxılış sistemlərinin istifadə olunacağı hərbi təlimlər zamanı baş verəcək.

İki “Patriot” buraxıcı batareyası ilkin əməliyyat hazırlığına çatıb. Bu qurğular Polşa tərəfindən ABŞ-dan alınmış və bir neçə il ərzində respublikanın raket bölmələrinə verilmişdir. Dəyəri bir neçə on milyardlarla zlotı olan müqavilə 2018-ci ildə imzalanıb.