Polşa hökuməti bəyan edib ki, Ukrayna gələcəyi ilə bağlı, o cümlədən ərazisi, Aİ və NATO-ya qoşulmaq imkanına dair qərarını özü verməlidir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Polşa hökumətinin mətbuat katibi Adam Şlapka deyib.
Şlapka vurğulayıb ki, Avropa liderləri arasında birlik qorunmalı və Ukrayna suveren dövlət olaraq qalmalıdır.
O əlavə edib ki, “ərazi məsələləri” də yalnız Ukraynanın qərarına bağlı olmalıdır.