Polşanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyada yaşayan vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.
“Rusiya ərazisində yaşayan Polşa vətəndaşlarına, şəxsi, ailə və ya peşəkar səbəblərlə qalmaq zərurəti olmadıqda, mövcud kommersiya və ya özəl nəqliyyat vasitələri ilə ölkəni tərk etməyi tövsiyə edirik,” – deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, Rusiyadakı Polşa diplomatik və konsulluq heyətinin sayının azalması ilə əlaqədar Polşa vətəndaşlarına yardım imkanları getdikcə məhdudlaşır. Nazirlik, “Odyseusz” sistemində səfər qeydiyyatının aparılmamasının fövqəladə hallarda konsulluq müdaxiləsini çətinləşdirəcəyini vurğulayıb.
XİN, həmçinin bildirib ki, həm Polşa, həm də Rusiya vətəndaşlığı olan şəxslər Rusiya qanunvericiliyinə əsasən qiymətləndirilir.