Polşa ilk HIMARS sistemlərini aldıbackend

Polşa ilk HIMARS sistemlərini aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəşi sistemlərinin ilk hissəsini təslim alıb.

NOCOMMENT.az xəbər verir ki, Polşa ABŞ-ın texnologiya və aerokosmik şirkəti Lockheed Martin-ə 2019-cu ildə sifariş edilmiş 20 ədəd yüksək hərəkət qabiliyyətinə malik M142 HIMARS reaktiv yaylım atəşi sistemlərinin ilk hissəsini aldığını açıqlayıb.

Polşanın müdafiə naziri Mariuş Blaşçak HIMARS-ın Varmiya-Mazurya bölgəsində 16-cı Mexanikləşdirilmiş Diviziyanın xidmətinə veriləcəyini bildirib.

ABŞ Konqresinin fevral ayında Polşaya daha 500 HIMARS satışını təsdiqlədiyini xatırladan Blaşçak, sözügedən HIMARS-ların Polşaya mümkün qədər tez gətiriləcəyini və yüksək hərəkət qabiliyyətinə malik JELCZ yük maşınlarına quraşdırılacağını bildirib.

NOCOMMENT.AZ