Polşa konfliktin həllindən sonra da Ukraynaya qoşun göndərməyəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşa Baş Naziri Donald Tusk bildirib.
“Bəzi ölkələr Ukraynanın təhlükəsizliyini təmin etmək üçün ya öz hərbi mövcudluğunu, ya da iştirakını təmin edirlər. Polşa isə müharibə bitdikdən sonra da Ukraynaya əsgər göndərməyi nəzərdə tutmur”, – deyə Tusk “istəklilər koalisiyası” liderlərinin Paris görüşündən sonra jurnalistlərə açıqlayıb.