Polşanın ən çox satılan qəzetləri, həftəlik jurnalları və xəbər saytlarının sındırıldığı bildirilir.
NOCOMMENT xəbər verir ki, Polşa mətbuatında yer alan xəbərlərə görə, ölkənin ikinci, üçüncü və dördüncü ən çox satılan qəzetləri olan Super Express, Gazeta Wyborcza və Rzeczospolita, həmçinin həftəlik ən çox satılan xəbər jurnalı Polityka və wPolityce və Niezalezna xəbər saytları haker hücumuna məruz qalıb.
wPolityce tərəfindən Twitter-də edilən açıqlamada, “Veb saytımıza qarşı DDoS haker hücumu davam edir. Polşa Rəqəmsal İşlər Nazirliyindən əldə edilən məlumata görə, hücumun arxasında rus haker qrupları dayanır.