Polşa Futbol Federasiyası millidəki uğursuz nəticələrdən sonra portuqaliyalı məşqçi Fernando Santuşla yollarını ayırdığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Polşa millisinin baş məşqçisi Fernando Santos istefaya göndərilib. Federasiya tərəfindən 9 ay əvvəl milli komandaya rəhbər təyin olunan 68 yaşlı Santos futbol üzrə Avropa çempionatının seçmə qrup mərhələsindəki zəif nəticələrdən sonra istefaya göndərilib.
Polşa Futbol Federasiyasının prezidenti Sezari Kulesza açıqlamasında “Baş məşqçi Santosa millimizlə işlədiyinə görə təşəkkür edirəm və ona gələcək idman karyerasında uğurlar arzulayıram”ifadələrini işlədib.
Qeyd edək ki, Polşa E qrupunda 5 oyunda 2 qələbə və 3 məğlubiyyətlə; Albaniya 6 xalla Çexiya və Moldovadan sonra 4-cü yerdədir. Portuqaliya yığması ilə 2016-cı ildə Avropa Futbol Çempionatını qazanan Santos, 2022-ci il FİFA Dünya Çempionatının 1/4 finalında komandası Mərakeşə məğlub olduqdan sonra istefa verib.