Polşa miqrantları qəbul etməyəcəkbackend

Polşa miqrantları qəbul etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa nə miqrantları qəbul edəcək, nə də bunun üçün cərimələr ödəyəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu respublikanın daxili işlər naziri Tomaş Semonyak “RadioZet” radiostansiyasının efirində bildirib.

“Bizim mövqeyimiz birmənalıdır. Biz miqrasiya paktının əleyhinəyik və Polşaya miqrantların köçürülməsinə razı olmayacağıq. Onları qəbul etməkdən imtina etdiyimizə görə cərimə də ödəməyəcəyik”, – nazir qeyd edib.

Avropa İttifaqının (Aİ) miqrasiya paktına əsasən, əgər hansısa bir ölkə miqrantları qəbul etmək istəmirsə, onların hər biri üçün 20 min avro ödəməlidir.\\Valyuta.az