Polşa MN: Trampın Ukrayna ilə bağlı səyləri əksər NATO ölkələri tərəfindən dəstəklənirbackend

Polşa MN: Trampın Ukrayna ilə bağlı səyləri əksər NATO ölkələri tərəfindən dəstəklənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış mətbuat konfransında bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə səyləri NATO ölkələrinin əksəriyyəti tərəfindən dəstəklənir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz də daxil olmaqla, iştirakçıların əksəriyyəti hesab edir ki, belə bir dialoq (Qərb və Rusiya arasında – redaktorun qeydi) zəruridir”, – nazir qeyd edib.

Qeyd edək ki, fevralın 12-də Putin və Tramp arasında təxminən 1,5 saat davam edən telefon danışığı olub. Əsas müzakirə mövzularından biri Ukrayna münaqişəsinin həlli olub. Hər iki dövlət başçısı döyüşlərin dayandırılması ilə bağlı razılığa gəliblər və dərhal danışıqlara başlamağa razılaşıblar.