Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış Polşa ordusunun almağı planlaşdırdığı İsveç qumbaraatanlarının adından narazılığını bildirib. Bundan əvvəl Polşanın İsveçdən 1,6 milyard dollara bir neçə min tank əleyhinə qumbaraatan aldığı bildirilmişdi.
NOCOMMENT.az xəbər verir ki, Vladislav Kosinyak-Kamış bu barədə TokFM radiostansiyasının efirində danışıb.
“Biz İsveç və Norveçdən silah alırıq. Qumbaraatanlar həqiqətən yüksək keyfiyyətlidir. Bununla belə, onların adı məni çaşdırır – “Karl Gustav” qumbaraatanları. Bu, eyni Karl Qustavdır”, – deyə o vurğulayıb.
O, bu adın dəyişdirilməsini təklif edib.