Polşa müxalifəti İsrail səfirinin ölkədən qovulmasını tələb edibbackend

Polşa müxalifəti İsrail səfirinin ölkədən qovulmasını tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Varşavadakı səfiri Yakob Livne Polşadan qovulmalıdır, çünki polşalı bir könüllü İsrailin Qəzza zolağına endirdiyi zərbənin qurbanı olub.

NOCOMMENT.az xəbər verir ki, bu tələblə Polşa müxalifətinin lideri, ən böyük müxalifət partiyası Hüquq və Ədalətin (PiS) sədri Yaroslav Kaçinski çıxış edib.

“Əgər biz qovulmaqdan danışırıqsa, bu, əlbəttə ki, indiki hakimiyyətin qərarıdır. Əgər indi hakimiyyətdə olsaydım nə edərdim deyə soruşsanız, bəli onu qovardım”, – deyə Kaçinski bildirib.

Aprelin 5-də ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı onu yəhudi dövlətinə əlavə yardımı dayandırmaqla təhdid edib. Həmin gün İsrailin Suriyanın Dəməşq şəhərində İsrailin İran konsulluğuna endirdiyi zərbəyə İranın mümkün cavabını müzakirə etdiyi bildirilib.