Polşa, Özbəkistan və Yunanıstandan yeni komandalar gəldibackend

Polşa, Özbəkistan və Yunanıstandan yeni komandalar gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Müdafiə Nazirliyi Polşa həkim qrupunun bu gün səhra xəstəxanası ilə Türkiyəyə gəldiyini açıqladığı vatxda, Yunanıstanın İqlim və Mülki Müdafiə naziri Kristos Stylianides göndərilən ilk qrupa əlavə olaraq həkimlərin də olduğu ikinci heyətin dünən axşam göndərildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, digər tərəfdən Özbəkistan əlavə humanitar yardım və xilasetmə qrupları göndərərək Qaziantepdə səyyar xəstəxana qurulmağa başladığını bildirib.

Polşa Müdafiə Nazirliyi əlavə heyətlə bağlı bugünkü açıqlamada “Polşadan olan hərbi həkimlər Türkiyədədir. Onlar bu gün işlərinə başlayacaq və zəlzələdən zərərçəkənlərə kömək edəcəklər. Sahə xəstəxanasının yaradılması üçün lazım olan tibbi avadanlıqlar hərbi təyyarələrlə Türkiyəyə daşınıb.

Həmçinin Yunanıstanın İqlim və Mülki Müdafiə naziri Kristos Stylianides dünən axşam saatlarında verdiyi açıqlamada, həkim və ekspert də daxil olmaqla əlavə bir qrupun Türkiyəyə göndərildiyini bildirib.

NOCOMMENT.AZ