Polşa prezidenti “Rusiya təsiri” haqqında qanuna dəyişiklik etdibackend

Polşa prezidenti “Rusiya təsiri” haqqında qanuna dəyişiklik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prezidenti Andjey Duda “Rusiyanın hökumətlərə təsiri” ilə bağlı iddiaları araşdıracaq komissiyanın təsis qanununda təcili dəyişikliklər hazırladığını qeyd edərək, komissiyada heç bir deputatın iştirak etməməsinin təmin ediləcəyini və heç kəsin ictimaiyyətə çıxışına qadağa qoyulmayacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Duda, mövzu ilə əlaqədar təşkil etdiyi mətbuat konfransında, bu həftənin əvvəlində imzaladığı qanunla bağlı tənqidlərə cavab verib.

Etdiyi dəyişikliklərin millət vəkillərinin komissiyada iştirakına mane olacağını bildirən Duda, şikayətlərin inzibati məhkəməyə deyil, ümumi məhkəməyə edilməsinə icazə verəcəyini bildirib.

Duda yenilənmiş qanunun siyasətçilərin vəzifədən uzaqlaşdırılmasına imkan verən ilkin qanunun ən mübahisəli hissəsini də ləğv edəcəyini qeyd edib.

NOCOMMENT.AZ