Polşa prezidenti Ukrayna üçün vəziyyəti “çox çətin” adlandırıbbackend

Polşa prezidenti Ukrayna üçün vəziyyəti “çox çətin” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prezidenti Andjey Duda Ukrayna üçün vəziyyətin “çox çətin” olduğunu bildirib və Qərb ölkələrini Kiyevin itirilmiş ərazilər üzərində nəzarəti bərpa edə bilməsi üçün “mümkün olan hər şeyi” etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini LRT sitat gətirib.

Duda xatırladıb ki, o, beynəlxalq arenada həmişə “Ukraynanın Qərb ölkələrinin daimi və sonsuz köməyinə ehtiyacı olduğunu” vurğulayırdı. Onun sözlərinə görə, bu gün söhbət ilk növbədə silah-sursatdan gedir.

“Ukraynada vəziyyət çox ağırdır… Ukrayna ərazilər üzərində tam nəzarəti bərpa etmək istəyir. Bu, həm də bütün dünya üçün vacibdir, çünki bu, beynəlxalq hüququn qüvvədə olduğuna işarədir”, – Duda bildirib.

O, həmçinin qeyd edib ki, Moskva ilə Kiyev arasında sülh danışıqlarının mümkünlüyü barədə heç bir söhbət eşitməyib.