Polşa prezidenti Ukraynanın tam qələbəsini qeyri-mümkün hesab edibbackend

Polşa prezidenti Ukraynanın tam qələbəsini qeyri-mümkün hesab edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Silahlı münaqişədə Ukraynanın tam qələbəsini təsəvvür etmək mümkün deyil. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə CNBC telekanalına müsahibəsində Polşa prezidenti Andjey Duda bildirib.

“Mən demirəm ki, Ukrayna Rusiyanı məğlub etməlidir”, – Duda deyib.

Polşa prezidenti “Qırmızı Meydanda Ukrayna hərbi paradının keçiriləcəyi” hadisələrin inkişafını qeyri-mümkün hesab edib.

Duda daha əvvəl Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturmaq üçün “Ukrayna və onun müttəfiqlərinə yalvarmağa” çağırıb.

Yanvarın 15-də Duda bildirib ki, o, NATO-dan Kiyevə alyansa qoşulmaq üçün rəsmi dəvət göndərməyi xahiş edib.