Polşa Rusiya diplomatlarını ölkədən qovdubackend

Polşa Rusiya diplomatlarını ölkədən qovdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa hakimiyyəti Rusiya Federasiyasının üç diplomatını “persona non-qrata” elan edib.

NOCOMMENT.az TASS-a istinadla xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Səfirə Rusiyanın Varşavadakı səfirliyinin üç əməkdaşının “persona non qrata” elan olunması barədə diplomatik nota verilib”, – məlumatda deyilir.

Bildirilir ki, Polşanın Xarici İşlər Nazirliyi qərarın qəbul olunmasına səbəb olaraq diplomatik statusun həmin şəxslər tərəfindən pozulmasını göstərib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Polşadakı səfiri Sergey Andreyev həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığı barədə məlumat yayılıb.
Modern