Polşa qoşunların tez bir zamanda köçürülməsinə ehtiyac olduğu halda Rusiya ilə sərhədə yol çəkməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzetinə müsahibəsində Polşa Daxili İşlər Nazirliyinin rəis müavini Maçey Duşçik danışıb .
Siyasətçinin sözlərinə görə, yol Kalininqrad vilayəti ilə sərhədə qədər çəkiləcək və bu, Polşa hərbçilərinə mümkün təhlükəsizlik pozuntularına operativ reaksiya verməyə imkan verəcək.
Nəşr qeyd edib ki, Avropa Komissiyası sərhəd təhlükəsizliyini gücləndirmək üçün Rusiya və Belarusla həmsərhəd olan Aİ ölkələrinə əlavə 170 milyon avro ayıracaq.
Bundan əvvəl Polşa parlamentinin üzvü Vitold Tumanoviç Ukrayna hərbçilərinin respublikaya girişinə qadağa qoyulmasını təklif etmişdi . Onun sözlərinə görə, Ukrayna hərbçiləri ölkədə mütəşəkkil cinayətkarlığın artmasına səbəb ola bilər.