Polşa Rusiyadan qaz idxalını dayandırdıbackend

Polşa Rusiyadan qaz idxalını dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Rusiyadan təbii qazı idxalı ilə bağı bu ölkə ilə bağladığı müqaviləni vaxtından əvvəl pozub.

NOCOMMENT “Report.az”a istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin strateji energetika infrastrukturunun səlahiyyətli nümayəndəsi Petr Naimski bildirib.

Onun sözlərinə görə, Baş nazir Mateuş Moravietski mayın 13-də razılaşmaların pozulması barədə qətnamə qəbul edib: “Yamalsk” adlanan müqavilə 1993-cü ildə imzalanıb. Müqavilə imzalanandan 30 il sonra Polşa ilə Rusiya arasında təbii qazla bağlı əlaqələrin kəsildiyini demək olar”.

Əldə edilmiş razılığa görə, Polşa 2022-ci ilin sonuna qədər Rusiyadan ildə 10 milyon kubmetr təbii qaz ala bilərdi. Polşa hakimiyyəti bu razılaşmanın müddətini uzatmamaq haqqında qərar qəbul edib.

P.Naimski “Yamal-Avropa” qaz kəmərinin Polşa ərazisindən keçən hissəsindən danışarkən bildirib ki, Almaniyanın tədarük etdiyi “mavi yanacaq”dan istifadə etmək mümkündür.