Polşa Smolensk hava qəzası ilə bağlı araşdırmanı uzadıbbackend

Polşa Smolensk hava qəzası ilə bağlı araşdırmanı uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prokurorluğu 2010-cu ildə Smolensk yaxınlığında baş vermiş təyyarə qəzasının səbəbləri ilə bağlı araşdırmanı 2025-ci il dekabrın 31-dək uzadıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti idarənin bəyanatına istinadən xəbər verir.

“İstintaq 31 dekabr 2025-ci il tarixinədək uzadılıb”, – prokurorluğun açıqlamasında bildirilir.

Qeyd olunur ki, mayın 31-dək Polşa Beynəlxalq Ekspertlər Qrupunun gəldiyi nəticənin ingilis dilindən tərcüməsini başa çatdırmalıdır. Bundan sonra yerli analitiklər ilin sonuna kimi hesabatın təhlilini aparacaqlar.