Polşa Ukraynadan taxıl idxalını məhdudlaşdıracaqbackend

Polşa Ukraynadan taxıl idxalını məhdudlaşdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın baş naziri Mateuş Moravetski Ukrayna taxılının Polşaya girişini məhdudlaşdıran qaydalar tətbiq etməyi planlaşdırdığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Polşa Baş naziri Moravetski ölkənin kənd təsərrüfatı sektoru ilə bağlı bəzi problemlərdən xəbərdar olduqlarını açıqlayıb.

Moravetski Polşanın kənd təsərrüfatı naziri Henrik Kovalçiklə ölkədəki taxıl problemi ilə bağlı söhbət etdiyini qeyd edib.

“Kovalçikə Ukrayna taxılının ölkəmizə təsirini məhdudlaşdırmaq üçün Polşada yığılan taxılı göndərib Afrika və ya Yaxın Şərqə satmağı tapşırmışam” deyə bildirib.

NOCOMMENT.AZ