Polşa: Ukraynalı pilotların F-16 təlimi hələ başlamayıbbackend

Polşa: Ukraynalı pilotların F-16 təlimi hələ başlamayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın müdafiə naziri Mariuş Blaşçak Ukrayna pilotlarına F-16 təyyarələrində təlim keçməyə hazır olduqlarını, lakin ölkəsində hələ belə bir təlimin başlamadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa Birliyi (AB) ölkələrinin müdafiə nazirlərinin toplantısına qatılan Blaşçak, mətbuat nümayəndələrinə açıqlama verib.

Polşanın hazırlaya biləcəyi ukraynalı pilotların sayı ilə bağlı suala Blaşçak qeyd edib: “Biz təlimlərə açığıq. Bu, həm də bizim imkanlarımızdan asılıdır. Polşa NATO-nun şərq cinahında yerləşir, ona görə də bizim Baltikyanı ölkələr qarşısında öhdəliklərimiz var”

Ukraynalı pilotları F-16 təyyarələrini öyrətməyə hazır olduqlarını vurğulayan Blaşçak, “Hələ belə bir təlim başlamayıb. Mən bu cür təlimlərin AB-nin təlim missiyasına daxil edilməsini təklif etdim”.

NOCOMMENT.AZ