Polşa Ukraynaya 200 milyon avroluq yeni yardım paketi hazırlayıbbackend

Polşa Ukraynaya 200 milyon avroluq yeni yardım paketi hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Ukraynaya dəyəri 200 milyon avrodan çox olan hərbi yardımın daha bir hissəsini köçürməyə hazırlaşır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Nazirlər Kabinetinin iclasının yekununda bildirib.

“Biz Ukraynaya çoxlu ianələr təqdim etmişik. İndi növbəti, dəyəri 200 milyon avrodan çox olan 46-cı ianəni hazırlayırıq”, – o deyib.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Polşanın Baş naziri Donald Tusk ölkəsinin Ukraynaya 100 milyon avro məbləğində növbəti – 45-ci yardım tranşını təqdim edəcəyini bildirmişdi.