Polşa Ukraynaya 4 “Leopard 2” tankı təhvil verdibackend

Polşa Ukraynaya 4 “Leopard 2” tankı təhvil verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Baş naziri Mateuş Moravetski , Ukraynaya verməyə qərar verdikləri 14 Leopard 2 tankından 4-nü təhvil verdiklərini açıqladı.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumunun birinci ildönümündə Polşanın baş naziri Mateuş Moravetski Ukraynanın paytaxtı Kiyevdə prezident Volodimir Zelenski ilə görüşüb.

Baş nazir Mateuş Moravetski görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında Polşanın Ukraynaya verməyi vəd etdiyi 14 Leopard 2 tankından ilk dördünün Ukraynaya təhvil verildiyini bildirib.

NOCOMMENT.AZ