Polşa öz silahlı qüvvələrini zəiflətməkdən qorxduğu üçün Ukraynaya hərbi kontingent göndərməyəcəyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ qəzeti Politico məlumat yayıb.
Qəzetin məlumatına görə: “İndi Avropa İttifaqının ən böyük silahlı qüvvələrinə sahib olan Polşa Ukraynaya hərbi qüvvə göndərməkdən imtina edir.”
Eyni zamanda, qeyd olunur ki, Varşava Ukraynanın təhlükəsizliyinə zəmanət verə biləcək ölkələrə hərbi logistika dəstəyi göstərməyə hazırdır.