Polşa və 3 Baltikyanı ölkə Rusiyanı hədəf aldıbackend

Polşa və 3 Baltikyanı ölkə Rusiyanı hədəf aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsində Rusiyaya sərt reaksiya verən və Ukraynanın ən böyük dəstəkçilərindən biri olan NATO üzvü Litva Rusiya səfirliyinin yerləşdiyi Avropa Birliyi ölkələrini tənqid edib.

NOCOMMENT.az Litvanın xarici işlər naziri Rusiya səfirlərinin Avropa İttifaqı (Aİ) ölkələrinin paytaxtlarında olmasını tənqid edərək “Bunlar artıq diplomatik təşkilat deyil. döyüş cinayətlərini ört-basdır edən təbliğat təşkilatlarıdır” deyə açıqlama verib.

Landsbergis Latviyanın paytaxtı Riqada Polşanın xarici işlər naziri Zbiqnev Rau, Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs və Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə keçirdiyi mətbuat konfransında çıxış edib.

Aİ ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunan Landsbergis Rusiyaya qarşı sərfəli əlavə sanksiyalarla bağlı addımların atılmalı olduğunu və istisnalara yol verilməməsi lazım olduğunu vurğulayıb.