Polşa və Rusiya arasında abidə böhranı: Nota verildibackend

Polşa və Rusiya arasında abidə böhranı: Nota verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Rusiyanın İrkutsk şəhəri yaxınlığında yerləşən “Rusiyada siyasi təzyiqlərə məruz qalmış polşalı qurbanların xatirəsinə ucaldılmış abidənin” götürülməsi ilə bağlı Moskvaya nota verib.

NOCOMMENT.az xəbər verir ki, Moskva səfiri Krzisztof Krayevski mövzu ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota verdiklərini açıqlayıb.

Litva qurbanlarının xatirəsinə ucaldılan taxta xaçın da, Polşa abidəsinin də götürüldüyünü deyən Krayevski qurbanları milliyyətinə görə ayırmadıqlarını, hər iki abidənin onlar üçün çox dəyərli və önəmli olduğunu bildirib.

Xaricdəki Polşa icması tərəfindən maliyyələşdirilən Polşa abidəsinin 2015-ci ildə yerli hakimiyyət orqanlarının icazəsi ilə ucaldıldığını xatırladan Krayevski Polşa və Litva abidələrinin götürülərək naməlum yerə aparılmasının əleyhinə olduqlarını bildirib.

NOCOMMENT.AZ