Polşada bombaya görə 2500 insan təxliyə edildibackend

Polşada bombaya görə 2500 insan təxliyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Vroslav şəhərində yaşayan 2500 nəfər İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba səbəbindən təxliyə edilib.

NOCOMMENT.az xəbər verir ki, bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər hadisə yerində işlədiyi vaxt təxliyə edilən şəhər sakinləri avtobuslarla təhlükəsiz bölgələrə aparılıb.

Bundan əlavə, ərazinin dəmir yollarına yaxın olması səbəbindən bomba çıxarılana qədər qatarların hərəkəti də dayandırılıb.

Polşa silahlı qüvvələri bombanın müharibədən qalma Alman SC 250 olduğunu açıqlayıb.

NOCOMMENT.AZ