Polşada Rusiyaya işləyən casusluq şəbəkəsi məhv edildibackend

Polşada Rusiyaya işləyən casusluq şəbəkəsi məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada Rusiyaya məlumat ötürmək üçün casusluq fəaliyyəti ilə məşğul olduğu iddia edilən şəbəkə məhv edilib.

NOCOMMENT.az xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak ölkədə Rusiyaya işləyən casus şəbəkəsinin dağıdıldığını açıqlayıb.

Nazir Blaşçak, “Ukraynaya hücum edənlərə məlumat verən casusluq şəbəkəsi dağıdılıb. Təhlükə real idi. Polşanın Daxili Təhlükəsizlik Xidmətinin əməkdaşlarının əldə etdiyi böyük uğuru vurğulamaq istərdim. Bütün casus şəbəkəsi məhv edilib. Bu, şübhəsiz ki, Polşa kəşfiyyat xidmətlərinin ölkəmizin təhlükəsizliyi üçün çox səmərəli işlədiyinin sübutudur.” deyə açıqlama verib.

Polşa mətbuatı 6 nəfərin saxlanıldığını bildirib.

Məlumata görə Ukraynaya silah və sursat üçün mühüm daşınma məntəqəsi olan Rzeşov şəhərindəki Yasionka hava limanının ətrafında mühüm dəmir yolu marşrutlarında gizli kameralar aşkarlanıb.

NOCOMMENT.AZ