Polşada TƏXRİBATLAR – Rusiya göstəriş veribbackend

Polşada TƏXRİBATLAR – Rusiya göstəriş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın baş naziri Donald Tusk ölkədə Rusiyanın göstərişi ilə təxribat törətməkdə şübhəli bilinən 9 nəfərin həbs edildiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, baş nazir izah edib ki, söhbət boya fabrikinin yandırılması cəhdindən, Litvada diversiyadan və IKEA anbarının yandırılmasından gedir.

“Hazırda biz Rusiya xidmətlərinin tələbi ilə Polşada təxribatda birbaşa iştirakda ittiham olunan 9 şübhəlini həbs etmişik”, – Tusk TVN24 telekanalında bildirib.

Polşanın baş naziri iddia edir ki, bunda Rusiya xüsusi xidmət orqanlarının əli olması şübhə doğurmur. Təqsirləndirilən şəxslərin hamısı Ukrayna, Belarus və Polşa vətəndaşlarıdır.