Polşada təyyarələr Rusiyanın fəaliyyətinə görə səmaya qaldırılıbbackend

Polşada təyyarələr Rusiyanın fəaliyyətinə görə səmaya qaldırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa və müttəfiq dövlətlərin aviasiyası Rusiyanın Ukraynadakı iddia edilən “sıx aktivliyi” səbəbindən səmaya qalxdı.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat Komandanlığının “X” sosial şəbəkəsindəki bəyanatında deyilir.

Polşa vətəndaşlarına “xüsusilə ölkənin cənub-şərqində” havaya qalxan təyyarələr səbəbindən səs-küy səviyyəsinin artması barədə xəbərdarlıq edilib.

Oxşar vəziyyət aprelin 6-da da baş verib. Rusiya Aerokosmik Qüvvələrinin Ukraynada işi zamanı Polşa təyyarələri səmaya qalxıb.

Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı aprelin 6-na keçən gecə “Rusiya uzunmənzilli aviasiyasının Ukrayna ərazisində yerləşən hədəflərə raket zərbələri ilə bağlı intensiv fəaliyyətinin olduğunu” bildirib.