Polşada ukraynalı pilotların F-16 təlimlərinə başlanılıbbackend

Polşada ukraynalı pilotların F-16 təlimlərinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Polşa da daxil olmaqla, bir sıra ölkədə ukraynalı pilotların F-16 təliminə başladığını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Borrell Aİ ölkələrinin müdafiə nazirlərinin iclasının girişində mətbuata açıqlama verib.

“Mən xoşbəxtəm ki, F-16 təlimləri nəhayət ukraynalı pilotlara verilməyə başladı”. Borrell bunun vaxt aparacağını, lakin nə qədər tez tamamlansa, bir o qədər yaxşı olduğunu söylədi. Təlimlərin bir neçə ölkədə başladığını bildirən Borrell bu ölkələrdən birinin də Polşa olduğunu bildirib.

Aİ ölkələrinin Ukraynaya silah və sursatların çatdırılmasını sürətləndirmək üçün birgə satınalma prosesinin hansı mərhələdə olduğu sualına Borrell bu prosesin irəlilədiyini bildirib. Keçən həftə Yaponiyada keçirilən G7 toplantısında F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılması üçün yol açılıb.