Polşada yeni təhlükəbackend

Polşada yeni təhlükə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Polşada legioner xəstəliyindən  ölənlərin sayının 23-ə yüksəldiyini, 166 nəfərdə legioner xəstəliyi aşkarlandığını açıqlayıb. Açıqlamada ölkə üzrə 166 nəfərdə legioner xəstəliyinin aşkarlandığı bildirilib və sentyabrın 7-dən indiyədək yeni yoluxma halının müşahidə olunmadığı qeyd edilib.

NOCOMMENT.az xəbər verir ki, Legionella bakteriyası ilk dəfə Polşanın cənub-şərqindəki Rzeşov şəhərində meydana çıxıb. Sonrakı günlərdə bu xəstəlikdən əziyyət çəkən 144 nəfər xəstəxanalarda müalicə olunub və Rzeşov şəhər su şəbəkəsindən götürülən bəzi nümunələrdə legieonella bakteriyası aşkar edilib. Bələdiyyə şəhərin bütün içməli su şəbəkəsini dezinfeksiya edib. Kiçik Polşa (Malopolska), Lyublin və Böyük Polşa (Wielkopolskie) bölgələrində də bəzi insanlarda legionella xəstəliyi aşkarlanıb.

Bakteriyanın ilk dəfə harada və necə ortaya çıxdığını müəyyən etmək mümkün olmasa da, Polşa Daxili Təhlükəsizlik Təşkilatı ABW təxribat ehtimalı ilə bağlı araşdırma başladıb. ABW açıqlamasında legionella bakteriyasının ilk dəfə göründüyü Rzeşovun Polşanın Ukrayna ilə sərhədində yerləşdiyinə və bu yolla Ukraynaya silah və humanitar yardım materialları kimi bir çox yardım göndərildiyi üçün Rzeşovun strateji əhəmiyyət daşıdığına diqqət çəkib.

Qeyd edək ki, Legioner xəstəliyi Legionella pneumophila bakteriyasının yaratdığı ciddi ağciyər infeksiyasıdır. Sözügedən bakteriyalara məruz qalan insanların əksəriyyəti bu xəstəliyə tutulmasa da, 50 yaşdan yuxarı insanlar, xroniki ağciyər xəstəliyi, böyrək və ya qaraciyər çatışmazlığı olanlar, xərçəng xəstələri, immun sistemi zəif olanlar, diabet xəstələri və siqaret çəkənlərdə yoluxma yüksəkdir. Tənəffüs yolu ilə keçən xəstəlik antibiotiklərlə müalicə edilə bildiyi halda, risk qrupunda olan xəstələrin 10 faizi ölür.