Polşadan kritik NATO bəyanatıbackend

Polşadan kritik NATO bəyanatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, onun ölkəsi və Baltikyanı ölkələr NATO alyansı daxilində “artan təsirə” çevrilib.

NOCOMMENT.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən təhlükəsizlik siyasəti konfransından sonra qiymətləndirmələr edən Rau, Polşa, Litva və Baltikyanı ölkələrin NATO-nun şərq qanadını təşkil etdiyini bildirib.

İclasda Almaniya hökumətini Ukraynaya Leopard tankları verməyə razı salmaq məsələsinin də gündəmdə olduğunu bildirən Rau, “Fikir ayrılıqları var, amma mən optimistəm. Polşa və Baltikyanı ölkələr NATO ittifaqı içində “artan təsirə” çevrilir” ifadələrini səsləndirib.