Polşadan NATO açıqlamasıbackend

Polşadan NATO açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Baş naziri Mateuş Moravetski, Polşanın bu il ümumi daxili gəlirinin (ÜDM) 4 faizini müdafiəyə ayıracağını bildirərək bunun NATO-ya üzv ölkələr arasında ən yüksək pay ola biləcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, o bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak ilə ölkənin şərqindəki Siedlcedəki 18-ci Mexanikləşdirilmiş Diviziyaya baş çəkərkən bildirib.

Polşanın hərbi xərclərinə də toxunan Moravetski, “Hökumətimiz Polşa silahlı qüvvələrinin gücünü artırmağa üstünlük verir və biz ölkədə daha çox NATO əsgərinin olmasını istərdik” deyə qeyd edib.

Qeyd edək ki, Polşa ötən il ABŞ-dan “Abrams” tankları və “HIMARS” reaktiv yaylım atəşi sistemləri, Cənubi Koreyadan isə haubitsa, tank və reaktiv təyyarələr kimi bir sıra irimiqyaslı hərbi alışlar edib